Oktyabrın
13-də "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü,
Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı
Ağcakənd qəsəbəsində icbari tibbi sığortaya dair vətəndaşların məlumatlılığının
artırılmasına yönəlmiş tədbirlər çərçivəsində
maarifləndirici görüş keçirildi. Maarifləndirici
görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Azər Dəmirov, Agentliyin
mütəxəssizləri, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin
direktoru Aqil Məmmədov, rayon mərkəzi xəstəxanasının işçiləri, idarə, müəssisələrin əməkdaşları və sakinlər iştirak etdilər.Tədbiri
giriş sözü ilə açan Lamiyə Qarayeva çıxışında dünyanın qabaqcıl ölkələrinə xas
olan icbari tibbi sığorta sisteminin artıq bir neçə ildir ki, ölkəmizdə də tətbiq
edildiyini deyərək, bunu Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına
dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirməsinin təzahürü kimi
dəyərləndirdi. O, həmçinin icbari tibbi sığorta üzrə vətəndaşların bilgilərinin
artırılmasının vacibliyi baxımından bu cür görüşlərin təqdirəlayiq olduğunu
vurğuladı.Görüşdə çıxış edən Azər Dəmirov ölkəmizdə
icbari tibbi sığortanın tətbiqinin məqsədləri, vətəndaşların bu tibbi xidmətdən
istifadə etməsinin üstünlükləri, bu sistemdən yararlanmaq üçün müraciət və
qaydalar və digər məsələləri müfəssəl şəkildə izah etdi. O, həmçinin hazırda
ölkəmizdə 2550 adda tibbi xidmətin sığota əhatə dairəsinə daxil edildiyini,
ilin sonuna qədər isə bu rəqəmin 3 minə çatdırılacağını dedi."Xocalı Rayon Mərkəzi Xəstəxanası"
publik hüquqi şəxsin direktoru Aqil Məmmədov icbari tibbi sığortanın tətbiq
olunması istiqamətində görülən işlər barədə fikirlərini
bölüşdü, tədbir iştirakçılarının fikirlərinə münasibət bildirdi. Qeyd etdi ki, rayon sakinlərini tibbi xidmət və icbari tibbi sığorta
baxımından narahat edən hər hansı məsələ ilə bağlı aidiyyəti orqanlara
vaxtlı-vaxtında məlumat verilir.
İcbari tibbi sığorta məsələlərinə dair
iştirakçıların fəal marağı ab-havası ilə davam edən görüşdə onların mövzu ilə
bağlı bütün sualları cavablandırıldı.